“Qarabağ”ın müdafiəçisi Çempionlar Liqasının simvolik komandasında yer alıb - FOTO/VİDEO

Xəbərlər
22 Yanvar 2026 20:48
57
“Qarabağ”ın müdafiəçisi Çempionlar Liqasının simvolik komandasında yer alıb - FOTO/VİDEO

UEFA mətbuat xidməti özünün sosial media səhifəsində Çempionlar Liqasının həftənin komandasını dərc edib.

İdman.Biz bildirir ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də simvolik komandada yer alıb.

Simvolik komandanın tərkibi belədir:

Qapıçı: Konstantinos Tsolakis (“Olimpiakos”).

Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Yosteyn Qundersen (“Bodo-Qlimt”), Vircil van Deyk (“Liverpul”), Elvin Cəfərquliyev (“Qarabağ”).

Yarımmüdafiəçilər: Kefren Türam-Yulien (“Yuventus”), Fermin Lopes (“Barselona”), Robert Navarro (“Atletik”).

Hücumçular: Culiano Simeone (“Atletiko Madrid”), Vinísius Junior (“Real Madrid”), Luis Suares (“Sportinq”).

Bu mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə olacaq.

İdman.Biz