Baş məşçqçinin qərarından bezən "Neftçi"li: "Futbolla vidalaşmaq istəyirdim"

Xəbərlər
21 Dekabr 2023 19:13
467
Baş məşçqçinin qərarından bezən "Neftçi"li: "Futbolla vidalaşmaq istəyirdim"

“İnanın, futbolla vidalaşmaq istəyirdim. Çox çətin period idi”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin rusiyalı yarımmüdafiəçisi Reziuan Mirzov deyib.

Rusiya mətbuatına müsahibə verən 30 yaşlı futbolçu Spartak Qoqniyevin “Ximki”yə baş məşqçiliyi dövründə sevimli idman növündən bezdiyini bildirib: “Qoqniyevin vaxtında hər həftə uduzurduq. Hər dəfə nəsə bir neqativ hal yaşanırdı. Kimin günahkar olduğu məlum deyildi. Nə baş verdiyini anlamırdım, necə edəcəyimi və futbol oynayacağımı bilmirdim. Baş məşqçi məndə alınmayan şeyləri tələb edirdi. Onunla bu barədə danışsam da, Qoqniyev hər şeyin alınacağını sübut etməyə çalışırdı. O, məndən hücumda, cinahlarda oynamağımı istəyirdi. Mənsə bütün karyeram ərzində solda oynamışdım”.

Qeyd edək ki, Spartak Qoqniyev 2022/2023 mövsümündə “Ximki”yə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında keçirdiyi 19 oyunda cəmi 1 qələbə qazanıb, 5 oyun heç-heçə yekunlaşıb.

İdman.biz