Azərbaycanın U-21 millisi Birinci Liqa klubuna qalib gəlib

Xəbərlər
16 Yanvar 2026 16:05
33
Azərbaycanın U-21 millisi Birinci Liqa klubuna qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, U-21 milli Birinci Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.

“Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.

İdman.Biz