Tovuz şəhər stadionunda qazonun bərpasını sürətləndirmək üçün süni günəş işığından istifadə edilir

Xəbərlər
13 Yanvar 2026 17:47
41
Tovuz şəhər stadionunda qazonun bərpasını sürətləndirmək üçün süni günəş işığından istifadə edilir

“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda ot örtüyünün bərpa prosesini sürətləndirmək üçün süni günəş işığından da istifadə edilir.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.

O, meydanın bərpası üçün görülən işlər barədə danışıb.

“Ot örtüyünün mövsümün ikinci yarısına kimi tam hazır olması üçün bütün prosedurlar həyata keçirilir. Müəyyən avadanlıqlar gətirilib. Qazonun bərpa prosesini sürətləndirmək üçün süni günəş işığından da istifadə edilir. Amma hər şeyin ideal olması üçün hava şəraitinin də normal olması vacibdir. Son dövrlərdə bölgədə şaxtalı və yağıntılı havalar müşahidə edilir”, - deyə o, “Report”a açıqlamasında bildirib.

İdman.Biz