“Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir - FOTO

Xəbərlər
13 Yanvar 2026 16:39
47
“Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir - FOTO

AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Ziya Səfərov bu gün Nizami rayonunda yerləşən 220 nömrəli tam orta məktəbdə olublar.

AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.

Qeyd edək ki, layihə ölkəmizdə 100-ə yaxın məktəbdə həyata keçirilir.

İdman.Biz