“Karvan-Yevlax” müqavilə ilə “Sabah”a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.
İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.
“Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.
