Birinci Liqa təmsilçisi “Difai” heyətini qış fasiləsində yeni futbolçu ilə gücləndirib.
İdman.Biz sport1.az-a istinadən xəbər verir ki, Ağsu təmsilçisi “Cəbrayıl”ın üzvü Balamirzə Soltanovu transfer edib.
Keçid qış fasiləsində reallaşıb və futbolçu artıq yeni komandasının məşqlərində iştirak edir.
23 yaşlı hücumameyilli futbolçu sol cinahda çıxış edir. O, karyerası ərzində “Sabah” U-19, “Səbail-2”, “İrəvan”, “Ordu” və “Cəbrayıl” klublarının formasını geyinib.
Qeyd edək ki, “Difai” Birinci Liqada 12 turdan sonra doqquz xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.
