“Qarabağ”ın qış təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsinə Türkiyənin Antalya şəhərində start verəcək Ağdam klubu ilk olaraq yoxlama oyununda, yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə üz-üzə gələcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın “Zaqlebie Lubin” kollektivinə qarşı olacaq.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.
