Tahir Gözəl: “Tarixi nəticənin qazanılmasında Qarabağ ruhu rol oynayıb”

Müsahibə
15 Dekabr 2023 14:31
368
Tahir Gözəl: “Tarixi nəticənin qazanılmasında Qarabağ ruhu rol oynayıb”

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İsveçin “Hekken” klubu ilə oyundan sonra komandanı təbrik edib.

İdman.biz xəbər verir ki, o, Ağdam təmsilçisinin tarixi uğurunu yüksək qiymətləndirib.

Bu tarixi nəticənin qazanılmasında Qarabağ ruhunun, birliyinin başlıca rol oynadığını vurğulayan Tahir Gözəl komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Klubun prezidenti dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimində də iştirak edəcək.

Qeyd edək ki, “Hekken”ə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycan futbol tarixində ilk dəfə pley-offa yüksəlib.

İdman.biz