“Qarabağ”dan ilk, “Bayer”dən 100 faizlik göstərici və xala həsrət "Hekken"

Xəbərlər
15 Dekabr 2023 12:12
434
“Qarabağ”dan ilk, “Bayer”dən 100 faizlik göstərici və xala həsrət "Hekken"

“Azərbaycan çempionu H qrupunda ikinci yeri tutmaq üçün lazım olan qələbəni qazandı”.

İdman.biz xəbər verir ki, UEFA rəsmi saytında “Qarabağ”ın mərhələ adlaması ilə bağlı yazı dərc edib.

Bildirib ki, qrupda Leverkuzen “Bayer”i 100 faizlik nəticə göstərdikdən sonra “Qarabağ” da lazım olan qələbəni qazanıb: “Leandro Andrade ilk dəqiqədə qapıçının səhvindən istifadə edərək Azərbaycan çempionunu hesabda önə keçirdi. Ev sahibləri ilk hissəyə əlavə olunmuş vaxtda Yassin Benzia ilə üstünlüyünü ikiqat artırdı. 56-cı dəqiqədə Marko Veşoviçin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması qonaqlara hesabdakı fərqi minimuma endirməyə kömək etdi. Bədavi Hüseynovun öz qapısına vurduğu qolla isə “Hekken” fərqi azaltdı”.

UEFA “Hekken”in qrup mərhələsini xalsız başa vuran yeganə klub olduğunu da vurğulayıb. “Bayer” isə bütün matçlarını qələbə ilə bitirən yeganə komandadır.

Qeyd edək ki, “Hekken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.

İdman.biz