“Kəpəz” klubu əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib.
Gəncə təmsilçisindən İdman.Biz-ə verilən məlumata görə, akademiyanın qonaqları əvvəlcə komandanın məşqini izləyib, futbolçularla görüşüb, şəkil çəkdiriblər.
Daha sonra uşaqlarla əyləncəli görüş keçirilib. Burada şagirdlər bacarıqlarını nümayiş etdirib, şeir deyib, mahnı oxuyublar.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Bildirilib ki, klub tərəfindən gələcəkdə daha fəal tədbirlər, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün futbol oyunları və məşqlər təşkil etmək planlaşdırılır. İnfrastrukturun yaxşılaşdırılması, klub stadionunun və digər obyektlərin fiziki məhdudiyyəti olan şəxslər üçün daha əlçatan olması üçün müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Əlilliyi olan şəxslərin idmana inteqrasiyası üçün müxtəlif sosial proqramların həyata keçirilməsi planlaşdırılır. Bu tədbir “Kəpəz”in sosial məsuliyyət təşəbbüslərinin bir hissəsi kimi, əlilliyi olan şəxslərlə daha sıx əməkdaşlıq qurmaq məqsədi daşıyır.
