İsveç mətbuatı: "Qarabağ"ın heç bir futbolçusu ciddi səhvə yol vermədi”

Xəbərlər
15 Dekabr 2023 09:32
250
İsveç mətbuatı: "Qarabağ"ın heç bir futbolçusu ciddi səhvə yol vermədi”

İsveç mətbuatı “Hekken”nin Avropa Liqasında “Qarabağ”a məğlubiyyətindən sonra Ağdam təmsilçisinin üstün tərəflərindən yazıb.

İdman.biz xəbər verir ki, “svenskafans.com” nəşri “Qarabağ”ın təcrübəsinə xüsusi diqqət yönəldib.

Bildirilib ki, “Qarabağ”ın bütün futbolçularının minimum səviyyəsi “Hekken”dəkilərdən xeyli yüksək idi: “Onların beynəlxalq arenada təcrübəsi hiss olunurdu. Hamı topla gözəl rəftarı ilə seçilirdi. Qarşılaşmanın son dəqiqələrində avtoqol istisna olmaqla, "Qarabağ"ın heç bir futbolçusu ciddi səhvə yol vermədi. İsveç çempionatında siz bir qədər pis keyfiyyətə malik oyunçulara sahib ola bilərsiniz və yenə də üçüncü yerdə çıxış edə bilərsiniz. Amma Avropa Liqasında “Hekken”in səviyyəsi aydın göründü”.

Qeyd edək ki, Avropa Liqasının H qrupunda İsveçdə keçirilən matçda rəqibini 1:0 məğlub edən “Qarabağ” Bakıda 2:1 hesablı qələbəyə sevinib. Bununla da təmsilçimiz ilk dəfə Avropa Liqasında 1/16 final mərhələsinə adlayıb.

İdman.biz