Qurban Qurbanov Kadiyə "yox" deməyəcək

Xəbərlər
15 Dekabr 2023 02:53
500
Qurban Qurbanov Kadiyə "yox" deməyəcək

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçmiş futbolçusu Kadi Borqesin komandaya mümkün qayıdışına münasibət bildirib.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasında “Hekken”lə oyundan sonra 27 yaşlı braziliyalının dönüşünün əleyhinə olmadığını deyib.

Onun sözlərinə görə, Kadi Rusiyadan geri dönmək istəsə, “Qarabağ” buna müsbət cavab verər: “Biz bütün futbolçularımıza deyirik ki, hər zaman qapılarımız sizin üzünüzə açıqdır. Onun üçün burada hər şey yaxşı idi. Belə bir variant olsa, biz “yox” demərik. Amma onun hazırda müqaviləsi var”.

Qeyd edək ki, Kadi Borges 2021-2022-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. Braziliyalı futbolçu bu ilin yanvarında Rusiyanın “Krasnodar” klubuna keçib.

İdman.biz