Azərbaycanlı müdafiəçi “Arda”ya xal qazanmaqa kömək edib

Xəbərlər
29 Noyabr 2025 02:01
21
Azərbaycanlı müdafiəçi “Arda”ya xal qazanmaqa kömək edib

Bolqarıstan çempionatının 17-ci turu start götürüb.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun heyətində yer aldığı “Arda” komandası Sofiyanın “Lokomotiv”i ilə səfərdə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Hüseynov tam 90 dəqiqə oynayıb və inamlı müdafiə oyunu ilə komandasının qol buraxmamasına kömək edib.

Bu turdan sonra “Arda”nın 20 xalı var və turnir cədvəlində 10-cu yerdədir.

İdman.Biz