Ceyhun Sultanov: “Hamı "Hekken"ə yuxarıdan aşağı baxır, bu, belə deyil”

Müsahibə
14 Dekabr 2023 15:05
899
Ceyhun Sultanov: “Hamı "Hekken"ə yuxarıdan aşağı baxır, bu, belə deyil”

“Qarabağ"ın son turdakı oyunu kiməsə asan görünməsin”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Veteran yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda keçiriləcək “Qarabağ” – “Hekken” qarşılaşmasını şərh edib. Sultanov bildirib ki, hər bir ölkənin yaxşı futbol oynayan komandası var: “Avropa səviyyəsində çoxlu klublar var. Hamı "Hekken"ə yuxarıdan aşağı baxır. Lakin bu, belə olmalı deyil. Bugünkü oyun "Qarabağ"ın taleyini həll edir. "Hekken" üçün isə itirəcək bir şey yoxdur. Ağdam təmsilçisi təzyiq altında oynayacaq. Çox ağır qarşılaşma bizi gözləyir. “Qarabağ” belə oyunlardan hər zaman üzüağ çıxıb. İnanıram ki, bu dəfə də belə olacaq. Çox inanıram ki, Azərbaycan çempionu qələbə qazanaraq pley-off mərhələsinə vəsiqə qazanacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Hekken” qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək. Ağdam klubu mövqeyini qoruyacağı halda pley-offa yüksələcək.

Banuçiçək Hüseynli
İdman.biz