“Qarabağ” Avropa Liqasının pley-offuna yüksəlib - VİDEO

Xəbərlər
14 Dekabr 2023 23:41
“Qarabağ” Avropa Liqasının pley-offuna yüksəlib - VİDEO

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qrupda son oyununu Bakıda keçirib.

Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin “Hekken” klubu ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun yetirmələri qrupun autsayderi ilə görüşdə qazandığı qələbə sayəsində Avropa Liqasının pley-offuna yüksəlib. Bununla da, "Qarabağ" Azərbaycan futbolunda ilkə atıb.

Qrupun digər oyununda “Bayer” (Almaniya) “Molde”yə (Norveç) 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ” “Hekken”lə ilk matçda 1:0 hesablı qələbə qazanıb.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
14 dekabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Hekken” (İsveç) - 2:1
Qollar:
Leandro Andrade, 1. Yassin Benzia, 45+3 - Bədavi Hüsenov, 90+4 (öz qapısına)
Qırmızı vərəqə: Marko Veşoviç, 56
Baş hakim: Yudjin Caya (Albaniya)
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 7. Yassin Benzia,18. Olavio Juninyo
"Hekken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 10.23. Mamadu Sonko, Ali Yussef, 17. Edvard Çilufya
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Bayer

6

6

0

0

19-3

18

2

Qarabağ

6

3

1

2

7-9

10

3

Molde

6

2

1

3

12-12

7

4

Hekken

6

0

0

6

1-17

0

İdman.biz