Samir Abbasov: “Abubakar bizim üçün əlçatmaz idi”

Xəbərlər
30 Oktyabr 2025 00:58
27
Samir Abbasov: “Abubakar bizim üçün əlçatmaz idi”

“Abubakarı vaxtında gətirə bilməzdik, bizim üçün əlçatmaz idi. Çünki Azərbaycan Premyer Liqası belə futbolçuların can atdıqları yer deyil”.

İdman.Biz bildirir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abbasov Bizon Azərbaycan Kubokunda MOİK-lə oyundan sonra deyib.

Qarşılaşma 6:2 “Neftçi”nin qələbəsi ilə başa çatıb.

“Biz sırf Abubakarın dalıyca qaçmamışdıq, yəni ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik. Lakin mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bütün futbolçular oynayır. Digər futbolçuların etdiklərini də görürəm.

Oyuna gəlincə, kubok turniri bizim üçün həmişə çətin olub, amma “Neftçi” elə komandadır ki, onun üçün hər növbəti oyun prioritetdir. Çətin olmasına baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi də hiss edirik. Buna görə də rəqibin fərqi yoxdur”, - Abbasov bildirib.

İdman.Biz