“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Avropa futbolu tarixində unikal rekorda imza atıb.
İdman.Biz-in Opta Sport-a istinadən verdiyi məlumata görə, Çempionlar Liqasında İspaniyanın “Atletik Bilbao” klubu ilə matçın ilk dəqiqəsində hesabı açan Andrade, üç fərqli Avrokubok matçında birinci dəqiqədə qol vuran ilk futbolçu olub.
O, daha əvvəl 2023-cü ilin dekabrında “Hakken”ə və 2025-ci ilin yanvarında FCSB-nin qapısına ilk dəqiqədə qol vurmuşdu.