Rövşən Nəcəf: “Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır”

Xəbərlər
4 Oktyabr 2025 21:58
178
Rövşən Nəcəf: “Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır”

AFFA-nın prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında gümüş mükafat qazanması münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, federasiya rəhbəri bu uğurla bağlı paylaşım edib: “Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası ölkəmizdə keçirilən III MDB Oyunlarında gümüş medal qazanıb. Gənc futbolçularımızı və məşqçilər heyətini ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram. Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır”.

Qeyd edək ki, qrupda Tacikistan (1:0) və Qırğızıstan (4:0) yığmaları üzərində qələbə qazanan U-16 finalda Rusiya seçməsinə (2:3) məğlub olub.

İdman.biz