İsveçli idmançı dünya rekordunu 14-cü dəfə yeniləyib

Xəbərlər
15 Sentyabr 2025 18:57
57
İsveçli idmançı dünya rekordunu 14-cü dəfə yeniləyib

İkiqat olimpiya çempionu isveçli Armand Düplantis dirəklə tullanmada 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.

İdman.biz bildirir ki, o, Yaponiyanın paytaxtı Tokioda keçirilən 2025-ci il dünya çempionatında 6 metr 30 santimetr nəticə göstərib.

Düplantis üçüncü cəhdində rekord hündürlüyə çatıb. Qeyd edək ki, o, dünya çempionatında 6,15 metr hündürlüyə tullanma ilə qələbəsini təmin edib.

Armand Düplantis əvvəlki dünya rekordunu 2025-ci ilin avqustunda yeniləmişdi — 6,29 metr.

Ümumilikdə, Düplantis 2020-ci ildən bəri öz rekord göstəricisini 13 sm yaxşılaşdırıb.

İdman.biz