Yaponiyanın paytaxtı Tokioda keçirilən atletika üzrə dünya çempionatında 100 metr məsafəyə qaçışın qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, Yamayka idmançısı 24 yaşlı Oblik Sevil (9,77 saniyə) finişə birinci çataraq qızıl medal qazanıb.
İkinci yeri onun həmyerlisi Kişan Tompson (9,82), üçüncü yeri isə amerikalı Noa Lails (9,89) tutub.
Qeyd edək ki, yamaykalılar 2015-ci ildən bəri bu məsafədə qızıl medal qazana bilmirdilər. Son illərdə ardıcıl dörd dəfə ABŞ atletləri - Castin Qetlin, Kristian Koulmen, Fred Kerli və Noa Lails çempion olmuşdular.
Bundan əlavə, son 10 ildə Usain Boltdan başqa heç bir yamaykalı kişi atlet 100 metr fərdi qaçışında podiuma yüksələ bilməmişdi. 4x100 metr estafetində də Yamayka təmsilçiləri 2015-ci ildən bəri qələbə qazana bilmirlər.
İdman.biz