Nazim Babayev qızıl səviyyəli yarışda

23 Yanvar 2025 13:02
410
Nazim Babayev qızıl səviyyəli yarışda

Azərbaycan atleti Nazim Babayev beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz Qazaxıstanda qüvvəsini sınayacaq.

O, Amin Tuyakov mükafatı uğrunda qış Astana görüşündə mübarizə aparacaq. Nazim Astanada ölkəmizi uzunluğa tullanma növündə təmsil edəcək.

Qeyd edək ki, yanvarın 25-də keçiriləcək turnir Dünya Atletikasının qızıl səviyyəli yarışıdır.

İdman.biz

Məqalədə: