Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK

Xəbərlər
4 May 2024 09:36
156
Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev zədədən qayıtdıqdan sonra ilk yarışında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, o, Dubayda keçirilən beynəlxalq yarışda finiş xəttinə üçüncü çatıb.

Quliyev 200 m məsafəni 20,77 saniyəyə qət edib.

Dünya və Avropa çempionu qazandığı medalı belə şərh edib: “Zədədən sonra ilk yarışım yaxşı keçdi. Bundan sonra keçiriləcək yarışlarda Paris-2024 Yay Olimpiya Oyunları üçün xal toplayacam. Qarşıda daha 5 yarış var. İnanıram ki, Olimpiya Oyunlarında iştirak edə biləcəm”.

Qeyd edək ki, Quliyev ötən il zədələndiyi üçün yarışlarda iştirak edə bilməyib.

İdman.biz

Məqalədə: