Nazim Babayev durumuna aydınlıq gətirib

Xəbərlər
11 Mart 2024 17:59
159
Nazim Babayev durumuna aydınlıq gətirib

“Hazırda özümü yaxşı hiss edirəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin atleti Nazim Babayev deyib.

Belqradda qış çempionatında zədəsini təzələyən Avropa çempionu hazırda durumunun yaxşı olduğunu bildirib: “Bud hissəmdə ikinci dərəcəli dartınma olduğuna görə müalicə müddətim uzun çəkdi. 3 həftə içində zədəmi sağaltmağı bacardıq. İndi isə hər şey normaldır. Artıq rahatlıqla hərəkət edə bilirəm”.

Babayevin sözlərinə görə, o, artıq Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına da qatılıb: “Hazırlıq martın 24-dək davam edəcək. Bu məşqlər qarşıdan gələn bütün yarışlara hazırlıq məqsədi daşıyır”.

Qeyd edək ki, atlet zədəsi səbəbindən martın 1-3-də Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış dünya çempionatında da iştirak edə bilməyib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: