Medal üçün 0,15 m kifayət etməyib

Xəbərlər
10 Mart 2024 21:09
Medal üçün 0,15 m kifayət etməyib

Portuqaliyanın Leiria şəhərində keçirilən Avropa Atmalar Kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, çəkicatma yarışlarında ölkəmizi təmsil edən Hanna Skidan turniri 4-cü pillədə başa vurub.

Azərbaycanlı atlet 70,43 metrlik nəticə göstərib. Skidan 3-cü pillədə qərarlaşan Sara Fantinidən (İtaliya) 0,15 m geri qalıb.

Qeyd edək ki, Hanna Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdman.biz