Nazim Babayev 2-ci yeri tutub

Xəbərlər
11 May 2024 22:52
126
Nazim Babayev 2-ci yeri tutub

Azərbaycan atleti Nazim Babayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən açıq Mərkəzi Asiya çempionatında gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, o, uzunluğa tullanmada 7,46 metr nəticə göstərib.

Eyni növdə Kəsgin Abbaszadə 7,37 metrlik göstərici ilə 4-cü pilləni tutub. Əlhəm Nağıyev isə 100 m məsafəyə qaçışda qüvvəsini sınayıb. O, çempionatı 7-ci pillədə başa vurub.

Qeyd edək ki, beynəlxalq turnir sabah başa çatacaq.

İdman.biz