Ukraynalı atlet dopinqdə ilişib

Xəbərlər
19 Avqust 2025 22:01
34
Ukraynalı atlet dopinqdə ilişib

Ukraynalı atlet, Avropa çempionu Marina Bex-Romançuk dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilib.

İdman.biz xəbər verir ki, onun dopinq nümunəsində qadağan olunmuş maddə (testosteron) aşkarlanıb.

Onun dörd illik qadağası bu ilin 13 may tarixindən hesablanır. 30 yaşlı idmançının 2024-cü il dekabrın 7-dən bu yana qazandığı bütün nəticələr ləğv edilib.

Qeyd edək ki, Marina 2021-ci ildə qapalı məkanda keçirilən Avropa çempionatının qalibi olub.

İdman.biz