Cavid Qurbanov: "Bundan gözəl heç nə ola bilməz, hər bir azərbaycanlı üçün fəxarətdir"

Xəbərlər
29 Fevral 2024 09:17
143
Cavid Qurbanov: "Bundan gözəl heç nə ola bilməz, hər bir azərbaycanlı üçün  fəxarətdir"

“Bu gün biz Xankəndindəyik. Bundan gözəl və şərəfli nə ola bilər?”.

İdman.bizin Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə keçirilən ultura marafonun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, illər ərzində bütün ağrı və acını birlikdə yaşamışıq: “Mən özüm əslən Kəlbəcər rayonundanam. 30 il öncə ata-baba yurdumdan çıxmışdım. Prezident İlham Əliyevin başçılığı ilə bizim müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bütün bunların nəticəsində biz bu gün Xankəndində tədbir təşkil edirik. Mənim üçün bundan gözəl heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, fəxarətdir. Gözümüz aydın olsun”.

Qeyd edək ki, 64 atletin iştirak etdiyi ultura marafon yarışı martın 4-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: