İkiqat Olimpiya çempionu, isveçli Arman Düplantis, karyerasında 15-ci dəfə şüvüllə tullanma üzrə yeni dünya rekordu qırıb.
İdman.Biz xəbər verir ki, o, şərəfinə adlandırılan “Mondo Classic 2026”da 6.31 m hündrülüyü ram edib.
Düplantis ilk cəhdində nəzərəçarpacaq fərqlə dirəyi aşıb.
Arman Düplantisin rekordlarının xronologiyası:
2020 — 6.17 m, Turin (İtaliya);
2020 — 6.18 m, Qlazqo (Şotlandiya);
2022 — 6.19 m, Belqrad (Serbiya);
2022 — 6.20 m, Belqrad (Serbiya);
2022 — 6.21 m, Yucin (ABŞ);
2023 - 6.22 m, Klermon-Ferrand (Fransa);
2023 - 6.23 m, Yucin (ABŞ);
2024 - 6,24 m, Xiamen (Çin);
2024 - 6,25 m, Paris (Fransa);
2024 - 6,26 m, Çorzov (Polşa);
2025 (fevral) - 6,27 m, Klermon-Ferran (Fransa);
2025 (iyun) – 6,28 m, Stokholm (İsveç);
2025 (avqust) – 6,29 m, Budapeşt (Macarıstan);
2025 (sentyabr) – 6,30 m, Tokio (Yaponiya);
2026 (mart) – 6,31 m, Uppsala, İsveç.
“Mondo Classic – 2026” İsveçin Uppsala şəhərində keçirilir.
