Bakı şəhərində kros qaçışı üzrə çempionat start götürəcək

12 Mart 2026 12:40
90
Bakı şəhərində kros qaçışı üzrə çempionat start götürəcək

14 Mart tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən Cıdır Atçılıq Mərkəzində kros qaçışı üzrə Bakı şəhər çempionatı (Yaz Mövsümü) keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Yarış saat 11:00-da start götürəcək.

İdman.Biz