Naxçıvanda “Zəfər Qaçışı” adlı tədbir təşkil olunub - FOTO

Xəbərlər
5 Noyabr 2025 16:54
34
Naxçıvanda “Zəfər Qaçışı” adlı tədbir təşkil olunub - FOTO

Naxçıvan şəhərində “Zəfər qaçışı” keçirilib.

İdman.Biz xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan şəhərində “Zəfər qaçışı” adlı kütləvi idman tədbiri təşkil olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan qaçış yarışına yaşı 14-dən yuxarı 300-dən çox iştirakçı qatılıb.

İştirakçılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasının qarşısındakı start xəttindən müəyyən edilmiş marşrut üzrə Zəfər parkının ətrafındakı finiş xəttinədək olan 5,5 kilometrlik məsafəni qət ediblər. Mükafatçılar kişilər və qadınlar arasında peşəkar həvəskar idmançı kateqoriyalarında qiymətləndirilib. Finiş xəttinə ən tez çatan idmançı 44 nömrəli rəmzi sıra nömrəsi ilə Əmrah Nağıyev olub.

Qeyd edək ki, kişilər və qadınlar arasında ilk üç yerin sahibi olan iştirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin nominasiya qalibləri və fəal iştirakçılar da təltif ediliblər.

İdman.Biz