Azərbaycan nümayəndələri Avropa Atletika Assosiasiyasının Konqresində iştirak ediblər - FOTO

25 Oktyabr 2025 19:14
163
Azərbaycan nümayəndələri Avropa Atletika Assosiasiyasının Konqresində iştirak ediblər - FOTO

Gürcüstanın Batumi şəhərində Avropa Atletika Assosiasiyasının Konqres Konvensiyası keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə və mütəxəssis Brendon İsakov iştirak ediblər.

Konqresdə Avropa Atletikasına üzv olan federasiyaların rəhbərləri ilə görüşlər keçirilib və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İdman.Biz