Dünya rekordçusu dopinqə görə 3 illik diskvalifikasiya olunub

Xəbərlər
23 Oktyabr 2025 19:25
36
Dünya rekordçusu dopinqə görə 3 illik diskvalifikasiya olunub

Marafon üzrə dünya rekordçusu Rut Çepngetiç dopinqə görə diskvalifikasiya olunub.

İdman.Biz bildirir ki, bu barədə Yüngül atletikada neqativ hallara qarşı müstəqil mübarizə orqanının (AIU) mətbuat xidməti məlumat yayıb.

Keniyalı idmançının mart nümunəsində qadağan olunmuş maddələr aşkarlanıb.

AIU bildirir ki, Çepngetiç dörd illik qadağa ilə üzləşib, lakin o, təqsirini boynuna aldıqdan və istintaqla əməkdaşlığa razılıq verdikdən sonra diskvalifikasiya müddəti üç ilə endirilib.

İstintaq zamanı məlum olub ki, Çepngetiç onun evindəki qulluqçunun dərmanlarını tərkibini yoxlamadan qəbul edib. AIU onun hərəkətlərini dolayı niyyətə bərabər olan səhlənkarlıq hesab etdi.

Qadağa 2025-ci il aprelin 19-dan qüvvədə olacaq.

31 yaşlı Çepngetiç 2019-cu ilin dünya marafon çempionudur. 2024-cü il Çikaqo marafonunda o, 2 saat, 9 dəqiqə, 57 saniyə ilə dünya rekorduni yeniləyib. O, bu məsafəni 2:10-dan tez qaçan ilk qadın olub.

İdman.Biz