Ölüm hökmünü ümidə çevirdi: Britaniyalı azarkeşin qaçış mübarizəsi - FOTO/VİDEO

Xəbərlər
10 Oktyabr 2025 10:33
58
Ölüm hökmünü ümidə çevirdi: Britaniyalı azarkeşin qaçış mübarizəsi - FOTO/VİDEO

Xərçənglə mübarizə aparan britaniyalı azarkeş Hindistanı qaçaraq keçir.

İdman.Biz xəbər verir ki, 2019-cu ildə “Liverpul” azarkeşi olan Cek Faintin beynində şiş aşkarlanıb.

Həkimlər onun əməliyyat oluna bilməyəcəyini və 10-15 il ömrü qaldığını bildiriblər.

Bu diaqnozdan sonra o, həyatını mənalı keçirməyə qərar verib və Hindistanı başdan-başa - Ladakhdan Kanyakumarayadək (təxminən 3876 km) qaçmaq üçün yola çıxıb. Onun bu addımı xərçəng xəstələri üçün maarifləndirmə və ianə toplamaq məqsədi daşıyır.

Yolboyu yerli sakinlər Cekə dəstək göstərirlər. Onların arasında “Liverpul” klubunun sabiq məşqçisi Jordan Fairclough də var. Məhz onun vasitəsilə klub Cekin hekayəsindən xəbər tutub və ona sponsor dəstəyi verib.

“Mənim üçün məsafə və ağrı önəmli deyil. Əgər kiminsə bu hekayə sayəsində həyat eşqi artacaqsa, deməli, məqsədimə çatmışam”, - deyə Cek qeyd edib.

İdman.Biz