Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.
Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb. Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət heyət qızların komanda yarışında bürünc medala sahib olublar.
