Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq Dünya Kubokunun 4-cü mərhələsində qüvvələrini sınayacaqlar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.
Bildirilir ki, turnirdə ölkəni Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər.
İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış iyulun 7-12-si aralığında baş tutacaq.
