Kamandan oxatma yığmamız bürünc medal qazanıb - FOTO

Xəbərlər
13 Dekabr 2023 20:09
Kamandan oxatma yığmamız bürünc medal qazanıb - FOTO

Azərbaycanın qızlardan ibarət kamandan oxatma komandası beynəlxalq turnirdə iştirak edib.

İdman.biz xəbər verir ki, yığma Rusiyanın Zabaykal diyarında Əməkdar idman ustası Vladimir Yeşeyevin xatirəsinə həsr olunmuş yarışda mübarizə aparıb.

Təmsilçilərimiz uğurlu çıxış edərək, beynəlxalq turnirin bürünc medalını qazanıblar.

İdman.biz