“İdman həftəsi”: GİN əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO

Xəbərlər
2 Mart 2024 10:37
“İdman həftəsi”: GİN əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gənclər və İdman Nazirliyinin (GİN) əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib.

İdman.biz xəbər verir ki, GİN-in inzibati binasının qarşısında baş tutan tədbir "İdman həftəsi" çərçivəsində təşkil olunub.

Yarış nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədovun simvolik oxatmasından sonra açıq elan olunub.

Tədbirin keçirilməsində əsas məqsəd oxatma idman növünün inkişafının təmin edilməsi və bu istiqamətdə kütəviliyin artırılmasıdır.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: