Ölkə çempionatı və birinciliyində qaliblər müəyyənləşib

Xəbərlər
15 Oktyabr 2023 23:31
Ölkə çempionatı və birinciliyində qaliblər müəyyənləşib

Kamandan oxatma üzrə ölkə çempionatı və birinciliyinə yekun vurulub.

İdman.biz saytı xəbər verir ki, 3 gün davam edən balacalar, gənclər və böyüklər arasında qaliblər müəyyənləşib.

Böyüklərin yarışında Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev birinci yeri tutublar. Gənclər arasında Fatimə Hüseynli və Əli Qənbərli, balacalarda isə Lalə Almasova və Zahid Kazımzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İdman.biz