III MDB Oyunları: Azərbaycan millisi Xankəndidə 4-cü oldu

Xəbərlər
5 Oktyabr 2025 11:27
37
III MDB Oyunları: Azərbaycan millisi Xankəndidə 4-cü oldu

III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların final gününə start verilib.

İdman.biz xəbər verir ki, final mərhələsində Azərbaycanın qadınlardan ibarət yığması (Fatimə Hüseynli, Sümeyyə Bədəlli və Nilufər Ağaməmmədli) bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb.

Görüşdə millimiz 2:6 hesabı ilə məğlub olaraq yarışı 4-cü yerdə başa vurub.

Qeyd edək ki, yığmanın üzvləri Fatimə Hüseynli və Sümeyyə Bədəlli yarışboyu zədəli olublar.

İdman.biz