Misli Premyer Liqası: “Araz-Naxçıvan” “İmişli”yə qarşı

Xəbərlər
3 Oktyabr 2025 09:15
48
Misli Premyer Liqası: “Araz-Naxçıvan” “İmişli”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

İdman.biz xəbər verir ki, turun ilk günündə iki qarşılaşma keçiriləcək.

Tur "Liv Bona Dea Arena"da “Araz-Naxçıvan” - "İmişli" qarşılaşması ilə başlayacaq.

Hazırda "Araz-Naxçıvan" 6 oyundan 11 xalla turnir cədvəlində 4-cü, "İmişli" isə 8 xalla 7-ci sırada qərarlaşıb.

Misli Premyer Liqası
VII tur
3 oktyabr

17:00. “Araz-Naxçıvan” – “İmişli”

Hakimlər:
Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 4 və 5-də keçiriləcək.

İdman.biz