III MDB Oyunları: Kamandan oxatma üzrə fərdi yarışlar keçirilib

Xəbərlər
3 Oktyabr 2025 22:28
36
III MDB Oyunları: Kamandan oxatma üzrə fərdi yarışlar keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.

İdman.biz xəbər verir ki, Xankəndi şəhər stadionunda bu gün 1/8, 1/4 və yarımfinal mərhələlərdə fərdi yarışlar keçirilib.

Fərdi yarışların final mərhələsi oktyabrın 5-də baş tutacaq.

Sabah isə qarışıq komanda (1 qız və 1 oğlan), həmçinin qadınlar və kişilərdən ibarət komanda yarışları start götürəcək. Azərbaycan yığması mübarizəsini komanda yarışlarında davam etdirəcək.

İdman.biz