Nilufər Ağaməmmədli: “İlk mərhələni keçdiyim üçün qürurluyam”

Xəbərlər
2 Oktyabr 2025 21:46
36
Nilufər Ağaməmmədli: “İlk mərhələni keçdiyim üçün qürurluyam”

“Bu gün kamandan oxatma yarışlarında ilk mərhələni keçdim. Bunun üçün sevinirəm və qürurluyam”.

İdman.biz bildirir ki, bunu AZƏRTAC-a III MDB Oyunlarının kamandan oxatma yarışında çıxış edən Azərbaycan idmançısı Nilufər Ağaməmmədli deyib.

“Ümid edirəm ki, yarışın qalan günlərində də komandamızla birgə qələbələr əldə edəcəyəm”, - deyə o bildirib.

İdman.biz