Yaylagül Ramazanova Xankəndidə keçirilən turnirdə qızı ilə görüntüləndi - FOTO

Xəbərlər
3 Oktyabr 2025 16:51
50
Yaylagül Ramazanova Xankəndidə keçirilən turnirdə qızı ilə görüntüləndi - FOTO

Yaylagül Ramazanova Xankəndidə keçirilən turnirdə qızı ilə birlikdə iştirak edib.

İdman.biz xəbər verir ki, Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Xankəndidə təşkil olunan III MDB Oyunları çərçivəsində keçirilən oxatma yarışlarında hakim qismində çıxış edib. Yarış zamanı balaca qızı da onunla birgə olub.

Qeyd edək ki, Yaylagül Ramazanova Paris-2024 Yay Olimpiya Oyunlarında 7 aylıq hamiləykən mübarizə aparmışdı. Olimpiadadan cəmi iki ay sonra ana olan idmançının həyat hekayəsi bir çox insana ilham vermişdi.

İdman.biz