Qələbəsini Türkiyə və Azərbaycan bayrağı ilə qeyd edən Duman: “Qardaşlığımız daim yaşayacaq” - FOTO

Müsahibə
3 Dekabr 2023 10:34
544
Qələbəsini Türkiyə və Azərbaycan bayrağı ilə qeyd edən Duman: “Qardaşlığımız daim yaşayacaq” - FOTO

“Azərbaycana ilk dəfədir gəlirəm, çox xoş oldu. Mübarizə apardığım hərbiçilər arasında dünya çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu”.

Bunu İdman.biz saytına Bakıda hərbçi sərbəst güləşçilər arasında dünya çempionu titulunu qazanan Ahmet Duman deyib.

61 kq çəki dərəcəsində qüvvəsini sınayan türkiyəli mundialın final görüşündə Azərbaycan idmançısı Ceyhun Allahverdiyevə qalib gəldikdən sonra 2 qardaş ölkənin bayrağı ilə xalçada dövrə vurub. Bu, “Sərhədçi” İdman Mərkəzində alqışlarla qarşılanıb.

Dumanın sözlərinə görə, həmin anları həmişə fəxrlə xatırlayacaq: “Azərbaycan və Türkiyə qardaşlığı daim yaşayacaq. Biz iki dövlət, bir millətik. Burada bizi çox yaxşı şəkildə qarşıladılar. Rəqibim olan azərbaycanlı güləşçi Ceyhun Allahverdiyev çox güclü idi. Ümumilikdə, çempionat gərgin və maraqlı alındı. Yarışı qızıl medalla bitirdim. Bunun üçün çox sevincliyəm”.

Qeyd edək ki, mundailda 18 ölkədən 222 güləşçi mübarizə aparıb.

Banuçiçək Hüseynli
İdman biz