Tokio Olimpiadasının mükafatçısı AGF-də koordinator təyin edilib

Xəbərlər
12 Sentyabr 2025 18:27
64
Tokio Olimpiadasının mükafatçısı AGF-də koordinator təyin edilib

Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov idmançı karyerasını başa vurub.

Bu barədə İdman.biz Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən bildirir.

Federasiyadan verilən məlumata görə, üseynov bundan sonra Azərbaycan Güləş Federasiyasında yunan-Roma güləşi üzrə koordinatoru vəzifəsini yerinə yetirəcək.

İdman.biz