“Bakıda keçirilən hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatında qızıl medal əldə etdiyim üçün çox sevinirəm. Hər kəsə məni ürəkdən dəstəklədikləri üçün minnətdaram”.
İdman.biz xəbər verir ki, bunu Bakıda keçirilən güləş üzrə hərbçilərin dünya çempionatında qızıl medal qazanan Hacı Əliyev (70kq) sosial şəbəkə hesabında paylaşıb.
Üçqat dünya çempionu medallarının sırasına bu mükafatı da əlavə etdiyi üçün sevincli olduğunu bildirib: “Bu yarışın keçirilməsində əziyyəti olan hər kəsə, başda xidmət rəisimiz general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm. İdmanımız və idmançılarımız üçün yaradılan şəraitə görə cənab Prezidentimiz İlham Əliyevə bir daha ürəkdən təşəkkür edirəm. Bu gözəl qələbəmi şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Yaşasın, Azərbaycan”.
Qeyd edək ki, Hacı Əliyevin finalında iranlı güləşçiyə qalib gəlib.
Banuçiçək Hüseynli
İdman.biz