Ruzanna Məmmədova dünya çempionatının gümüş medalını qazanıb

Xəbərlər
21 Avqust 2025 19:51
46
Ruzanna Məmmədova dünya çempionatının gümüş medalını qazanıb

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün qadın güləşçilər arasında növbəti medalçılar bəlli olub.

Bir idmançımız qızıl medal uğrunda yarışıb.

U-20 dünya çempionatı
Qadın güləşi
62 kq

Ruzanna Məmmədova finalda çinli idmançı Yanqjen Yanqjenlə ilə qarşılaşıb. Təmsilçimiz sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olaraq, U-20 dünya çempionatını gümüş medalla başa vurub.

Qeyd edək ki, qadın yığmamızın heyətində Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.

İdman.biz