Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatında ikinci gün arxada qalıb.
İdman.biz xəbər verir ki, sərbəst güləşdə ilk medalçılar bəlli olub.
Yığmamızın iki üzvü bürünc uğrunda mübarizə aparıb.
70 kq
Nurlan Ağazadə bürünc mükafat uğrunda Qoqa Otanişvili ilə yarışıb. 4:0 hesabı ilə qalib gələn güləşçimiz yığmamız ilk medalı qazandırıb.
125 kq
Yusif Dursunov 3-cü yer uğrunda görüşdə Levan Laqvilava (Fransa) üz-üzə gəlib. 3:1 hesabı ilə qalib gələn Yusif çempionatın bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, sabah sərbəst güləşdə son medalçılar bəlli olacaq.
İdman.biz