Günay Qurbanova bürünc uğrunda mübarizə aparacaq

Xəbərlər
19 Avqust 2025 19:05
46
Günay Qurbanova bürünc uğrunda mübarizə aparacaq

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün qadın güləşçilərin mübarizəsi başlayıb.

Azərbaycan yığmasının bir güləşçisi döşək üzərinə çıxıb.

Qadın güləşi
59 kq

Günay Qurbanova debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb - 6:0. Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Günay yarımfinalda isveçli Karin Samuelssonla qarşılaşıb. 7:8 hesabı ilə uduzan təmsilçimiz bürünc uğrunda güləşəcək.

İdman.biz